Çavuşoğlu ərəb koalisiyasını tənqid etdi

Dünya

31.10.2019 - 05:43

Həkimlər Klinikalar SEO Xidməti

"Siz Yəmənə girdiniz, siz Yəməni məhv etdiniz"

 

Türkiyənin Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında keçirilən "Barış pınarı" əməliyyatı terrorçulara qarşı yönəldilib, o vaxt Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə terrorizmlə mübarizə bəhanəsi ilə on minlərlə dinc sakini öldürüb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Əl-Cəzirə" telekanalının efirində ərəb koalisiyası ölkəsinin Türkiyə ordusu barədə tənqidinə cavab verərək bildirib.

 

Diplomatın sözlərinə görə, əgər terrorçuluğa qarşı "Barış pınarı" əməliyyatını Səudiyyə Ərəbistanının və BƏƏ-nin Yəməndəki əməliyyatları ilə müqayisə etmək lazım gəlsə, onda deməyə nəsə var.

 

"Türkiyə bu əməliyyatı (YPG/PKK) terror təşkilatına qarşı başlayıb. Amma Yəməndə on minlərlə dinc sakin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bombardmanları nəticəsində öldürülüb, - deyə Çavuşoğlu bildirib. Nazir vurğulayıb ki, "Barış pınarı" əməliyyatının gedişatında heç bir dinc sakin öldürülməyib.

 

Türkiyə xarici siyasət idarəsinin başçısı həmçinin xatırladıb ki, Yəməndə blokada nəticəsində aclıqdan və yoluxucu xəstəliklərdən yüz minlərlə insan ölüb.

 

"Biz mülki şəxslər haqqında danışırıq. Onlar (ərəb koalisiyası - red) əvvəlcə bu barədə hesabat verməlidir. Siz Yəməndə nə edirsiniz? Siz Yəmənə girdiniz, siz Yəməni məhv etdiniz", - Mövlud Çavuşoğlu deyib.

 

Müəllif: Ayna.az