“Trampın COVID-19 testləri ilə bağlı dedikləri zarafatdır” – <font color=red> Ağ Ev</font>

Dünya

21.06.2020 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

“Test sayına görə dünyada liderik, u günə kimi 25 milyon test etdik”

 

ABŞ Prezidenti Donald Tramp COVID-19 pandemiyası səbəbindən mart ayından bu yana ara verdiyi seçki mitinqlərini bərpa edib. AYNA xəbər verir ki, Tramp Oklahoma əyalətinin Tulsa şəhərində qapalı idman zalında keçirilən və 19 min insanın qatıldığı mitinqdə dəstəkçilərinə səslənib. Toplantıda sosial məsafənin gözlənilmədiyi, mitinq iştirakçılarının tibbi maska taxmadığı görünür.

 

ABŞ lideri çıxışında, ölkənin bəzi əyalətlərində koronavirusa yoluxmanın çoxaldığına münasibət bildirib. “Bu qədər test keçirilirsə, daha çox yoluxma olacaq. Ona görə də, səlahiyyətlilərə testlərin sayını azaltmalarını söyləmişəm”, - deyə Tramp vurğulayıb. O, ABŞ-da 25 milyon test keçirildiyini və test sayında bütün ölkələri qabaqladıqlarını diqqətə çatdırıb.

 

Ağ Ev səlahiyyətlilərindən biri isə Trampın koronavirus testlərini azaltmaqla bağlı söylədiklərinin zarafat olduğunu açıqlayıb. “Açıqcası Prezident zarafat edirdi. Test sayına görə dünyada liderik. Bu günə kimi 25 milyon test etdik. Bu proses davam edəcək”, deyə Ağ Ev təmsilçisi bildirib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş