Əfqanıstanda 53 “Taliban” silahlısı öldürülüb

Dünya

27.10.2019 - 16:26

Öldürülənlər arasında “Taliban”ın tanınmış komandirləri də olub 

 

Əfqanıstan təhlükəsizlik qüvvələri Faryab əyalətində "Taliban" silahlılarının mövqelərinə aviazərbə endirib.

 

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında “Taliban” silahlıları Paştun Kot rayonunda Xvaca Namosi  yaşayış məntəqəsindəki posta hücum ediblər.

 

Döyüş bir neçə saat çəkib, daha sonra “Taliban” silahlılarına aviazərbə endirilib.  Aivazərbə nəticəsində ən azı 53 silahlı öldürülüb. Öldürülənlər arasında “Taliban”ın tanınmış komandirləri də var.

 

Müəllif: Ayna.az