Sosial şəbəkələrlə bağlı sərəncam imzalanacağı gözlənilir
ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinə qadağa qoyacaqlarını bildirib. AYNA xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.
Hazırda bununla bağlı səlahiyyətlərə sahib olduğunu bildirən Ağ Ev rəhbəri, səlahiyyətlərindən istifadə edəcəyini və ya “TikTok”-a qadağa qoymaq üçün yeni sərəncam imzalayacağını vurğulayıb.
Tramp qərarın yaxın günlərdə rəsmiləşəcəyi ehtimalının olduğunu da əlavə edib.