Kunduz əyalətindəki həbsxanadan bəzi əsirlər azadlığa buraxılıb
“Taliban” radikal hərəkatı Əfqanıstanın şimalında əsir götürülmüş 20 əsgər və polisi azad edib.
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki ofisinin nümayəndəsi Suheyl Şahin bildirib.
“Bu gün Kabil administrasiyasının 20 əsgəri və polis əməkdaşı Kunduz əyalətindəki həbsxanadan azad edildi”, - deyə Şahin özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, sərbəst buraxılanların hamısı ailələrinə qaytarılıb və onlara “yardım paketləri” verilib.