Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyir

Dünya

03.11.2019 - 07:54

Donald Tramp: "Mən istərdim ki, o Ağ Evə gəlsin" 

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskini məmnuniyyətlə qəbul edərdi.

 

AYNA "Report"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Nyu-Yorka uçuşdan əvvəl bildirib.

 

Məlumata görə, Tramp Zelenskinin tezliklə Birləşmiş Ştatlara səfərinə ümidini ifadə edib.

 

"Mən istərdim ki, o Ağ Evə gəlsin", - deyə Ağ Evin başçısı bildirib. 

 

"Reuters" agentliyi prezidentlərin görüşünün mümkün vaxtını açıqlamayıb. 

 

Ukrayna və ABŞ prezidentlərinin əvvəlki görüşü sentyabrın 25-də olub. Dövlət başçıları BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşüblər. Görüş 45 dəqiqə davam edib. Zelenski bildirib ki, Tramp Krımın Ukraynaya qayıtarılmasına kömək edəcəyini vəd edib. Tramp isə görüşü "fantastik" adlandırıb.

 

Müəllif: Ayna.az