XİN: “Nazirliklər Liviya tənzimlənməsini dəstəkləmək üçün fəal işləyirlər”
Rusiya Xarici İşlər naziri və Müdafiə nazirinin sabah Türkiyəyə gözlənilən səfəri baş tutmayacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya XİN-dən açıqlama verilib.
XİN-dən bildirilib ki, nazirlərin səfəri başqa vaxta keçirilib. “Rusiya və Türkiyə prezidentləri adından iki ölkənin Xarici İşlər və Müdafiə nazirlikləri Liviya tənzimlənməsini dəstəkləmək üçün fəal işləyirlər”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, əvvəl verilən məlumatda bildirilirdi ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu sabah diplomatik təmaslar çərçivəsində Türkiyəyə səfər edəcəklər. Rusiyalı nazirlərin Ankarada Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu və Milli Müdadiə naziri Hulusi Akarla görüşəcəkdilər.