Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Dünya

03.11.2019 - 15:40

Fransalı alimlər maraqlı araşdırma aparıb 

 

Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.

 

Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.

 

Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.

 

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.

 

Müəllif: Ayna.az