Sakinlərə 4,84 ton ərzaq verilib
Xarici ölkələrdən ötən sutka ərzində Suriyaya 1405 qaçqın qayıdıb. AYNA Trend-ə istinadən bildirir ki, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 409 qaçqın (123 qadın, 209 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqəsindən 996 qaçqın (299 qadın, 508 uşaq) öz ölkəsinə qayıdıb.
Bundan əlavə, Rusiya tərəfi Suriya ərazisində iki humanitar aksiya həyata keçirib. Latakiya əyalətinin Baksa və Deyr-əz-Zor əyalətinin Marrat yaşayış məntəqələrində sakinlərə 4,84 ton ərzaq verilib.