Rusiya koronavirus dərmanının ixracına başlayıb

Dünya

02.07.2020 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

“Avifavir”in xəstələrə olduqca yaxşı təsir etdiyi iddia olunur

 

Rusiya İnvestisiyalar Fondu (RDIF) və HimRar Şirkətlər Qrupu yeni növ koronavirusun müalicəsində istifadə olunan “Avifavir” dərmanının ixracına start verib. AYNA xəbər verir ki, rusiyalı həkimlər “Avifavir”in koronavirus olan xəstələrə olduqca yaxşı təsir etdiyini iddia ediblər.

 

May ayının sonlarında klinik araşdırmalarda effektivliyini təmin edən “Avifavir” Rusiya Səhiyyə Nazirliyinin qeydiyyat şəhadətnaməsini alıb və iyun ayının ortalarında Rusiyadakı xəstəxanalara göndərilməyə başlanılıb.

 

“Avifavir” koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsi üçün təlimatlar siyahısına daxil olması ilə yanaşı, dünyada COVID-19 əleyhinə hazırlanmış və qeydə alınmış dərmanlardan birinə çevrilib.

 

Rusiya İnvetsitisyalar Fondunun rəhbəri Kiril Dmitriev də dərmanla bağlı fikirlərini bölüşüb: “ABŞ rəsmilərinin “Remdesivir” dərmanının demək olar ki, hamısını almaq qərarı dünya dərman bazarında koronavirus dərmanı problemi yaradıb. Ona görə də Rusiya koronavirusla mübarizədə digər ölkələrə kömək etmək üçün “Avifavir”in ixracına başlamağa qərar verib”.

 

Qeyd edək ki, şirkət son bir ayda 100 min qutu “Avifavir” istehsal etsə də, hər ay üçün 300 min qutu dərman hazırlamağı planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş