ABŞ-da internatda partlayış - <font color=red> Ölən və yaralananlar var</font>

Dünya

17.09.2019 - 02:35

Yaralananlar yanğınsöndürənlər və təcili yardım işçiləridir

 

ABŞ-ın Men ştatının Farminqton şəhərində internat binasında qaz partlayışı olub.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir nəfər yanğınsöndürən ölüb, 7 nəfər yaralanıb. Yaralananlar yanğınsöndürənlər və təcili yardım işçiləridir. Partlayışa səbəb propan qazının sızması olub.

 

Şəhərin qubernatoru Canet Millz partlayışın nəticələri aradan qaldırılanadək insanları partlayış zonasından uzaqlaşmağa çağırıb.

Müəllif: Ayna.az