Ölkədə 12 605 koronavirus xəstəsi var
Rumıniyada son sutka ərzində koronavirusdan 36 nəfər ölüb, 994 yeni yoluxma faktı (rekord göstərici) qeydə alınıb.
AYNA “worldometers.info”ya istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 2,074-ə, yoluxanların sayı isə 39,133-ə yüksəlib.
Ümumi sağalanların sayı 24 454 nəfərdir. Ölkədə 12 605 koronavirus xəstəsi var ki, onlardan da 297-nin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ölkədə bir sutka ərzində koronavirusa yoluxma sayına görə bundan əvvəlki rekord iyulun 18-də qeydə alınmışdı (889 nəfər).