İranda koronavirusa yoluxanların sayı 222 min 669 nəfərə çatıb
İranda son 24 saat ərzində COVID-19-dan 144 nəfər ölüb. Bununla da qonşu ölkədə koronavirusdan ölənlərin sayı 10 min 508 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
İranda son sutka ərzində koronavirusa 2 min 489 yoluxma olub ki, bununla da ümumilikdə COVID-19-a yoluxanların sayı 222 min 669 nəfərə çatıb. İndiyədək xəstəlikdən 183 min 301 nəfər sağalıb.