Fillipində güclü zəlzələnin fəsadları davam edir

Dünya

29.10.2019 - 19:14

Güclü zəlzələ, əsasən Mindanao adasındakı yaşayış yerlərinə zərər vurub

 

Bu səhər Fillipində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı artmaqda davam edir.

 

AYNA xəbər verir ki, baş verən güclü zəlzələdə indiyədək 9 nəfər həlak olub, zərərçəkənlərin sayı isə 400 nəfərə çatıb.

 

Xarici mətbuatın yaydığı məlumatda bildirilir ki, dağıntılar altında qalanlarla bağlı hələlik məlumat yoxdur.

 

ABŞ-ın Geoloji Xidməti baş verən zəlzələnin 6,8 bal gücündə olduğunu bildirir. Az əvvəl 6,6 balında təkrar təkanlar baş verib.

 

Güclü zəlzələ, əsasən Mindanao adasındakı yaşayış yerlərinə zərər vurub. Nəticədə infrastruktur, yaşayış binaları dağılıb, enerji təchizatı dayanıb. 

Müəllif: Ayna.az