Suriyada bazarı partladanlar ələ keçib

Dünya

05.09.2019 - 00:33

Həkimlər Klinikalar SEO Xidməti

PKK və YPG-yə məxsus 4 terrorçu nəzarətə götürülüb

 

Suriyanın Azez rayonunda PKK və YPG terrorçuları qəza törədiblər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, terrorçular bazarda iki motosikleti partladaraq çox sayda insanın xəsarət almasına səbəb olublar.

 

Yerli mənbələrin verdiyi məlumata görə, 1 nəfərin öldüyü hadisədə 16 nəfərin yaralandığı vurğulanıb. Suriya İş Qüvvələri və Azez Bölgə koordinatorluğu hadisə ilə əlaqədar olaraq artıq istintaq başladığını bildirib.

 

Azez Təhlükəsizlik İdarəsinin Müdiri Məhəmməd Dahir, Türk Müşavir Polis Təşkilatının PKK və YPG-yə məxsus 4 terrorçunu nəzarətə götürdüyünü, həmçinin terrorla bağlı araşdırmaların davam etdiyini bildirib.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət