Qonşu ölkə proporsional seçki sisteminə keçir

Dünya

21.06.2020 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Konstitusiya düzəlişi layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib

 

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya düzəlişi layihəsini ilk oxunuşda qəbul edib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu gün keçirilən səsvermədə parlamentin 142 üzvü iştirak edib. Onlardan 136-sı dəyişikliyin lehinə, 5-i isə əleyhinə səs verib.

 

Konstitusiyaya təklif edilən düzəlişə əsasən, bu ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri  120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq. Seçki baryeri isə 1 faiz təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş