Avropa istidən qovrulur

Dünya

26.07.2019 - 13:49

Bir sıra ölkələr havaların dəhşətli dərəcədə isinməsi ilə əlaqədar müvafiq qurumlar xüsusi iş rejiminə keçib

 

Şimali Afrikadan gələn isti hava axını Avropa ölkələrində rekord istilərə səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Almaniya, Fransa, İngiltərə, Hollandiya və Belçikada havaların dəhşətli dərəcədə isinməsi ilə əlaqədar olaraq müvafiq qurumlar xüsusi iş rejiminə keçib.

 

Almaniya Meteorologiya İdarəsi (DWD) ölkə ərazisində ən yüksək tempraturun 42.6°C olduğunu açıqlayıb. Ən yüksək temperatur Lingen şəhərində qeydə alınıb.

 

Fransanın, xüsusilə şimal bölgələrində qeydə alınan yüksək temperatur insanların narahatçılığına səbəb olub. Ölkə ərazisində müşahidə olunan maksimal temperatur 43°C-dir.

 

Britaniyada isə termometrlər 38.1°C-ni göstərib. Bu göstəricinin son illərdə ölkə tarixində ən yüksək temperatur olduğu bildirilir.

 

Qeyd edək ki, bir çox Avropa ölkələrində dövlət qurumları vətəndaşları isti havalarda ehtiyatlı olmağa çağırıb. Bəzi müəssisələrdə tətil elan edilib.

Müəllif: Ayna.az