Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərini təhvil verdi

Dünya

07.10.2019 - 11:26

Ərdoğanın Serbiya səfəri 7-8 oktyabr tarixlərində baş tutacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib. 

 

AYNA xəbər verir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir. Bildirilir ki, bu addım R.T.Ərdoğanın Serbiyaya səfəri ilə əlaqədardır.

 

O da qeyd olunur ki, R.T.Ərdoğanın Serbiya səfəri 7-8 oktyabr tarixlərində baş tutacaq.

 

Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 8-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak etmək üçün Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.

Müəllif: Ayna.az