Rusiya və ABŞ liderləri arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iki ölkə lideri arasında söhbətin konstruktiv keçib. Tərəflər strateji sabitlik və silah nəzarəti problemini, habelə Moskva ilə Vaşinqtonun beynəlxalq sülhün qorunmasında rolunu müzakirə ediblər.
“İranın nüvə proqramı ilə bağlı vəziyyətə də toxunulub. Hər iki tərəf regional sabitliyin və qlobal nüvə yayılmasının qarşısının alınması üçün kollektiv səylərin lazım olduğunu vurğulayıb. Putin və Tramp Rusiya-ABŞ iqtisadi və ticari əməkdaşlığının inkişaf etdirilməsi barədə razılığa gəliblər. Liderlər koronavirus pandemiyası ilə mübarizənin birgə səyləri müsbət qiymətləndirib”, - deyə Kremldən vurğulanıb.