Poroşenkoya cinayət işi açılıb

Dünya

11.06.2020 - 13:36

Ukraynanın sabiq Prezidenti 10 il azadlıqdan məhrum edilə bilər

 

Ukraynanın sabiq Prezidenti Pyotr Poroşenko 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. AYNA xarici mətbuata istinadən bildirir ki, dünən Ukrayna Baş Prokurorluğu keçmiş dövlət başçısına ittiham elan edib.

 

Poroşenko 2018-ci ildə Sergey Semoçkonun qanunsuz olaraq Ukraynanın Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı cinayət işində ittiham olunur. Sabiq Prezident isə ona qarşı başladılan cinayət işini siyasi sifariş adlandırıb.

Müəllif: Ayna.az