"/>

Suriyadan Türkiyəyə mesaj - <font color=red> "Ey, Ərdoğan, İslam dünyasını xilas et!”</font>

Dünya

11.10.2019 - 15:43

“1918-ci ildən bəri türkləri gözləyirik"

 

Suriyanın Münbiç şəhərindən Türkiyəyə çağırış edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, şəhərin divarlarında “PKK-nı buradan qovun. Türk qardaşlarımızı gözləyirik. Ey, Ərdoğan, İslam dünyasını xilas et!” ifadələri yer alıb.

 

Münbiçlilər sosial media hesablarında da Türk ordusuna durmadan çağırış ediblər: “1918-ci ildən bəri türkləri gözləyirik. Bizə kömək edin”.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalını terrorçulardan təmizləmək üçün başlatdığı “Sülh çeşməsi” əməliyyatını uğurla davam etdirir.

Müəllif: Ayna.az