Vladimir Putinin Yerevana səfər edəcəyi bildirilir
Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Ermənistana gedəcək. AYNA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Bir həftə sonra - oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana səfər edəcək", - A.Rydenko deyib.