ABŞ generalı "/>

"Rusiyanı havadan da, yerdən də, kosmosdan da vura bilərik" - <font color=red> ABŞ generalı </font>

Dünya

20.09.2019 - 11:55

Həkimlər Klinikalar SEO Xidməti

General Pentaqonun bu barədə olan planlarının təfərraütanı açıqlamaqdan imtina edib

 

ABŞ Hərbi Hava Qüvvələri komandiri Ceferi L.Harriqian Rusiya ilə bağlı sərt açıqlama verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Harriqian Rusiyanın Kalininqrad şəhərinin hava hücumundan müdafiə sistemini məhv etmək üçün planları olduğunu bildirib.

 

Harriqian bildirib ki, əgər lazım olsa, Rusiyanı havadan da, yerdən də, hətta kosmosdan da vura bilərik.

 

“Belə olan halda havadan, yerdən, dənizdən və kosmosdan hücumlar edə, əlavə olaraq kiber məkanlara hücum etməklə elektron müharibə başlada bilərik. Çünki hal-hazırda bu sxem üzərində işləyirik. Biz bu planlar haqqında həmişə düşünmüşük və zamanı gələndə də planlarımızı həyata keçirməyə cəhd edəcəyik”, - deyə general vurğulayıb.

 

Lakin ABŞ-lı general Pentaqonun bu barədə olan planlarının təfərraütanı açıqlamaqdan imtina edib.

Müəllif: Ayna.az