Ölkə daxilində sərbəst hərəkət üçün COVID pasportu tələbi: <font color=red> Qanun nə deyir?</font>

Cəmiyyət

30.08.2021 - 13:12

Həkimlər Klinikalar SEO Xidməti

Hüquqşünas: “Bu vəziyyət ayri-seçkilik və ya insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir: “İri ticarət mərkəzlərinin qarşısında polisin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin COVID-19 pasportları yoxlanacaq. 18 yaşdan yuxarı şəxslərin COVID-19 pasportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq”.

 

Bu, insan hüquqları baxımından nə dərəcədə doğrudur? Və mövcud qanunvericilik çərçivəsində necə dəyərləndirilir?

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli AYNA-ya şərhində deyib ki, qanunla nəzərdə tutulmuş bir sıra hallarda müəyyən məhdudiyyətlərin qoyulması qanunazidd deyil: “Həm beynəlxalq, həm də milli qanunvericliyə əsasən, insanların sərbəst hərəkət etmək hüquqları, bu hüquqların həyata keçirilməsinə ictimai asayiş maraqları naminə hüquqpozmaların qarşısının alınması üçün, əhalinin sağlamlığının mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş hallarda məhdudiyyətlər qoyula bilər. Yəni sərbəst hərəkət etmək hüququ polis və ya inzibati dövlət orqanları nümayəndələrinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoymasına mane olmur”.

 

“Qanunvericiliyin tələblərinə görə, polis hər hansı xətanın törədilməsi ilə bağlı şəxslərə yalnız cərimə cəzası yox, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, digər inzibati tənbeh növləri seçə, profilaktik söhbət apara bilər. Burada söhbət İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsininə əsasən, fiziki şəxslərin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasından gedir. Sahibkarlıq subyektlərinin cərimə olunması isə bu halda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, həmin tələblərin pozulmasının qarşısının alınmaması ilə əlaqədardır və pul cəriməsi tətbiqi mümkündür”, - deyə mütəxəssis fikrini davam etdirib.

 

Hüquqşünasın sözlərinə görə, hüquqi cəhətdən bu vəziyyət ayri-seçkilik və ya insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz: “Burada əsas məqsəd sahibkarlıq subyektlərinin pandemiya dövründə insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha məsuliyyətli davranışına nail olmaqdır”.

 

Monitorinqlər aparılarkən obyektlər, təhsil müəssisələrinə daxil olacaq polislər xidməti formada olmayacaq. Bu cür mübarizə üsulunun epidmeioloji vəziyyətə nəzarətdə nə dərəcədə effektiv olması ilə bağlı sualımızı isə İskəndərli belə cavablandırıb: ““Polis haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaqdan ibarətdir. Polisin əsas vəzifələrindən biri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etməkdir. Bildiyimiz kimi yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq paytaxt, eləcə də digər rayon və şəhərlərdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən yoxlama və nəzarət-profilaktik tədbirləri həyata keçirilir”.

 

Həmsöhbətimiz bildirib ki, DİN-in təlimatlarına uyğun olaraq polis əməkdaşının mülki geyimdə xidmət aparması mümkündür: “Polis bu vəzifəni həyata keçirərkən mülki və ya xidməti formada olmağı DİN-in daxili təlimatları ilə tənzimlənir. Polis əməkdaşlarının yoxlama və nəzarət-profilaktik tədbirlər həyata keçirərkən DİN-in təlimatlarına uyğun olaraq öz xidmətlərini mülki geyimdə aparmaları mümkündür”.

 

Qanun pozuntusu ilə mübarizə metdolarına toxunan hüquqşünas hazırkı vəziyyəti nəzərə alsaq, müəyyən məhdudiyyətlərin tətbiqi və hüquqların məhdudlaşdırılması, cəzaların tətbiqinin labüd olduğunu deyib: “Ümumiyyətlə, hər hansı qanun pozuntusu ilə mübarizənin həm preventiv (məsələn, yoxlama, profilaktika, maarifləndirmə), həm də repressiv (məsələn, inzibati cəza, cərimə və s.)  metodları var. Bunların hər ikisi qanunla nəzərdə tutulur və legitimdir. Sadəcə praktikada müəyyən hallarda preventiv xarakterli tədbirlər effekt verimirsə, bu  yolla hər hansı qanun pozuntusuna qarşı mübarizə çətin olur. Lakin biz yoluxmaların sayının artdığı bir dövrdə, ictimai sağlamlığa təhlükə hesab etdiyimiz kütləvi COVID-19 yoluxmasından söhbət ediriksə, bu halda təbii ki, vəziyyəti nəzərə alaraq, müəyyən məhdudiyyətlərin tətbiqi və hüquqların məhdudlaşdırılması, cəzaların tətbiqi labüddür. Bu baxımdan son brifinqdə səslənən preventiv və repressiv tədbirlər nəzərdə tutulan polis fəaliyyəti tam legitimdir və qanunla nəzərdə tutulan qaydada həyata keçirilir”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş