Tramp NASA-nın 2026-cı il üçün maliyyəsini kəsir

Dünya

04.05.2025 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

NASA-ya xərclərin 508 milyon dollar azaldılması təklif edilir

Donald Tramp administrasiyası NASA-nın 2026-cı il büdcəsinin təxminən dörddə birini ixtisar etmək niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, xərclərə qənaət planı Beynəlxalq Kosmik Stansiyada ekipajın sayının və gəmidə aparılan tədqiqatların həcminin azaldılmasını nəzərdə tutur.

“The Verge”nin məlumatına görə, Prezident Trampın büdcə təşəbbüsünə əsasən, NASA-ya xərclərin 508 milyon dollar azaldılması təklif edilir.

"Bu, ekipajın sayının azalmasına və stansiyanın məhdud tədqiqat imkanlarının Ay və Marsın kəşfiyyat proqramları ilə bağlı tapşırıqlara fokuslanması ilə nəticələnəcək. Bu, həmçinin Marsdan nümunələrin qaytarılması missiyasının dayandırılması da daxil olmaqla, kosmik elm missiyaları üçün maliyyənin 2,265 milyard dollar azaldılmasını nəzərdə tutur", - deyə qeyd olunub.

Eyni zamanda, Marsa yönəlmiş proqramlara milyardlarla dollar vəsaitin ayrılması təklif edilib. "SpaceX çox güman ki, bu maliyyəni İlon Maskın gələn il üçün elan etdiyi Marsa "Starship" pilotsuz uçuşunu dəstəkləmək üçün axtaracaq. Ayın tədqiqinə daha 7 milyard dollar ayrılıb. Sənəd kommersiya təkliflərinin xeyrinə NASA tərəfindən hazırlanmış SLS raketi və Orion kapsulunun istifadəsini mərhələli şəkildə dayandırmağı təklif edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş