Rutte NATO-nun hərbi xərclərini artırmağın yolunu tapıb

Dünya

03.05.2025 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Alyansın ÜDM-in 2 faizdən 3,5 faizə qədər artırılması planlaşdırılır

NATO-nun baş katibi Mark Rutte Alyansın hərbi xərclərini ÜDM-in 5 faizinə çatdırmağın yolunu tapıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Baş katibin planı müdafiə xərclərini ÜDM-in 2 faizindən 3,5 faizinə, digər “təhlükəsizlik” xərclərini isə ÜDM-in 1,5 faizinə çatdırmaqdan ibarətdir. NATO sözçüsü Allison Hart bildirib ki, Rutte iyunda Haaqada keçiriləcək sammit üçün məsələ ilə bağlı qərar hazırlamaq üçün artıq Alyans ölkələri ilə işləyir.

“Bu, çox güman ki, NATO-nun razılaşdırılmış təriflərinə uyğun olaraq təkcə müdafiə sahəsinə investisiyaların artırılmasını deyil, həm də infrastruktur və dayanıqlıq kimi əlaqəli sahələrə əlavə sərmayələri tələb edəcək”, - Hart əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş