Bu gündən məktəblilərin payız tətili başlayır

Cəmiyyət

16.11.2019 - 00:51

Noyabrın 21-də dərs olacaq

 

Bu gündən Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

 

AYNA xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.

 

Noyabrın 21-də dərs olacaq.

 

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

 

Müəllif: Ayna.az