ABŞ-ın müdafiə naziri Pit Heqset müdafiə naziri kimi ilk işgüzar səfərini İsrailə edəcək
ABŞ-ın müdafiə naziri Pit Heqset müdafiə naziri kimi ilk işgüzar səfərini mayın 12-də İsrailə edəcək. Pentaqon rəhbəri İsraildə ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“Heqset Prezident Donald Trampın Yaxın Şərqə səfərindən əvvəl İsrailə səfər etməyi planlaşdırır. Bu, Heqsetin vəzifəyə gəldikdən sonra İsrailə ilk səfəri olacaq”, - məlumatda qeyd olunub.
Heqseth mayın 12-də İsrailə gələcək. Pentaqon rəhbəri Netanyahu ilə yanaşı, ölkənin müdafiə naziri İsrael Kats ilə də görüşəcək.