Daxili İşlər Nazirliyi: Oktay Gulalıyevin vurulması bədbəxt hadisədir

Cəmiyyət

07.11.2019 - 16:00

Orxan Mansurzadə: “Müşahidə kamerası istintaq materialı kimi saxlanılır, açıq nümayiş olunmur”

 

Oktyabrın 29-da küçədə avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin cinayət işi ilə bağlı heç bir məlumat yoxdur. Onu vuran şəxslə bağlı açılan cinayət işi haqqında ictimaiyyətə hər hansı məlumat verilmir.

 

Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Əlövsət Sadıqlı həmkarını vuran şəxsin hələ də gizli saxlanılması, cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verilməməsinə etiraz edib. O, baş verən qəzanın qəsdlə edildiyi ehtimalını xatırladıb: “Oktay bəyin vurulma anının videosundan aydın görünür ki, sürücü sola dönərkən piyada keçidində saxlayıb piyadalara yol verməli olduğu halda, saxlamır və ya Oktay bəyin qarşısında görünən piyada keçidinin daha geniş hissəsindən manevr etmək imkanı olduğu halda, etmir və avtomobili tam sürətlə Oktay bəyin üzərinə sürür. Bu görüntünü izləyən hər kəsdə, o cümlədən Oktay bəyin ailə üzvlərində, yaxın qohumlarında, həmkarlarında və böyük ictimai fikirdə hadisənin adi yol qəzası yox, terror effekti yaratmaq məqsədilə törədilmiş sui-qəsd olması barədə qənaət formalaşıb”.

 

AYNA əməkdaşı, mövzu ətrafında Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Orxan Mansurzadə ilə həmsöhbət olub.

Raminə Eyvazqızı