Çaylarda sululuq artıb

Xəbərlər

03.05.2025 - 14:49

Həkimlər Klinikalar SEO Xidməti

11 çayda suyun səviyyəsi qalxıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açqılanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, avtomat hidroloji stansiyaların mayın 3-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 22 sm, Əyriçay-Ağyazı və Vəlvələçay-Afurcada 16 sm, Qusarçay-Kuzunda 7 sm, Qudiyalçay-Qımılda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 11 sm, Tərtərçay-Vəngdə 8 sm, Bərgüşadçay-Əliquluuşağıda 6 sm, Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş