Tünzalya Ağayeva Maqomayevə həsr olunmuş konsertdə iştirak edəcək

Mədəniyyət

04.05.2025 - 11:47

Həkimlər Klinikalar SEO Xidməti

Xalq artistinin Maqomayevin hansı mahnısını ifa edəcəyi sirr olaraq qalır

Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva bu yaxınlarda əfsanəvi azərbaycanlı müğənni Müslüm Maqomayevin hitlərindən birini təqdim edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə sənətçinin Mətbuat Katibliyi məlumat yayıb.

Bu, iyulun 24-də DREAM Fest beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək Müslüm Maqomayevin xatirə gecəsində baş tutacaq. T.Ağayevanın M.Maqomayevin hansı mahnısını ifa edəcəyi hələlik sirr olaraq qalır.

Qeyd edək ki, dünyanın hər yerindən ulduzları bir araya gətirən unikal ehtiram şousunda EMİN, Coni, Alessandro Safina, Ani Lorak, Alsou, Artik & Asti, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, İrina Dubtsova və başqaları da əfsanəvi sənətkarın ölməz mahnılarını öz repertuarlarında ifa edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş