Kitabsevərlərə şad xəbər

Cəmiyyət

19.07.2019 - 16:45

AMEA Mərkəzi Elmi Kitabxanası oxucular üçün yeni xidmət təqdim edir

 

Oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq, Mərkəzi Elmi Kitabxana (MEK) 18 iyul 2019-cu il tarixindən etibarən "BİRGÜNLÜK OXUCU XİDMƏTİ"nə başlayıb.

 

MEK-in İctimaiyyətlə əlaqələr bölməsindən AYNA-ya verilən məlumata görə, daimi davam edəcək bu xidmətdən yararlanmaq üçün oxucular şəxsiyyət vəsiqəsi ilə kitabxanaya müraciət edərək, 1 AZN ödəməklə qeydiyyatdan keçib, 1 günlük oxucu kartı əldə edə bilərlər.

 

Əlaqə üçün: (012) 537 19 82

Müəllif: Ayna.az