Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - FOTOLAR

Xəbərlər

03.05.2025 - 22:40

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı və birinci xanım qonağı qarşılayıblar Patriarxı Kirili qarşılayıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər. AYNA.AZ xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qonağı qarşılayıblar.

Söhbət zamanı Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfərləri, dövlətimizin başçısı və birinci xanım ilə görüşləri məmnunluqla xatırlanıb.

Ölkəmizdə hökm sürən multikultural mühitə toxunuldu, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh və harmoniya şəraitində yaşadıqları vurğulanıb. Bu xüsusda ölkəmizdə pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edilib, həmin icmanın nümayəndələrinin də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunduğu diqqətə çatdırılıb. Dini tolerantlığın təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın həyat tərzi kimi uzun illərdir mövcud olduğu bildirilib.

Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb - Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı ilə görüşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş