Putin İlham Əliyevi təbrik edib

Xəbərlər

03.05.2025 - 19:50

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti Azərbaycanın Prezidentinə təbrik məktubu ünvanlayıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AYNA.AZ xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zari-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.
Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq.
Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş