Azərbaycan təmsilçiləri yarışda öz qüvvələrini sınayacaqlar
Bu gün Qubada yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinə yekun vurulacaq. AYNA.AZ xəbər verir ki, Azərbaycan təmsilçiləri Quba Olimpiya İdman Kompleksində təşkil edilən yarışda öz qüvvələrini sınayacaqlar.
Cüdoçularımız ötən gün start götürən turnirdə 3 qızıl, 3 gümüş və 6 bürünc medal qazanıb.