Si Cinpin Rusiyaya gedəcək

Dünya

04.05.2025 - 18:47

Həkimlər Klinikalar SEO Xidməti

Çin lideri Qələbə Günü tədbirlərində iştirak edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin mayın 7-dən 10-dək Rusiyada səfərdə olacaq və Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin “Telegram” kanalı məlumat yayıb.

“Danışıqlar zamanı hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin gələcək inkişafının əsas məsələləri, o cümlədən beynəlxalq və regional gündəliyin aktual məsələləri müzakirə olunacaq”, - Kremldən bildiriblər.

Qeyd olunub ki, Çin liderinin Rusiyaya səfəri zamanı bir sıra ikitərəfli hökumətlərarası və idarələrarası sənədlərin imzalanması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş