Son 24 saat ərzində Qəzza xəstəxanalarına 40 ölü və 125 yaralı yerləşdirilib
2023-cü ilin oktyabrından Qəzza zolağında İsrail tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində öldürülən fələstinlilərin sayı 52 500-ü ötüb.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatlarda öldürülənlərin sayı 52 535 nəfərə çatıb, 118 491 nəfər yaralanıb”, – məlumatda deyilir.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzza xəstəxanalarına 40 ölü və 125 yaralı yerləşdirilib.