Qazaxıstanın sabir Prezidenti sağalıb
İyunun 18-də koronavirus testi müsbət çıxan Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev sağalıb. AYNA bildirir ki, bu barədə sabiq ölkə başçısının mətbuat katibi Aydos Ukibay özünün “Twitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, Nazarbayevin koronavirus üçün təkrar testi mənfi nəticə göstərib. Həkimlərin tövsiyələrinə görə o, özünü təcridetmə rejimini davam etdirəcək.
Əvvəl Nazarbayevdə infeksiyanın asimptomatik olduğu bildirilsə də, 79 yaşlı siyasətçi həkimlərin nəzarəti altındadır.