Çili tarixinin ən böyük etiraz aksiyası - <font color=red> FOTOLAR</font>

Dünya

26.10.2019 - 16:44

Çilidə aksiya iştirakçılarının sayı rekord həddə çatıb 

 

Çilidə başlayan nümayişlər 7-ci günündə sürətlə davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Çilinin tarixinə keçən nümayişdə 1 milyondan çox insan etiraz aksiyalarına qatılıb. 

 

Ölkədəki yaşayış və səhiyyə xidmətlərinin qiymətinə etiraz edən nümayişçilər təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaşamaqda davam edir. 

 

Qeyd edək ki, aksiyada bu günə qədər 19 nəfər ölüb, 500-dən çox adam yaralanıb. 600-dən çox insan isə nəzarətə götürülüb. 

 

Müəllif: Mərahim Nəsib