Türkiyənin bir neçə jurnalistinin tədbiri işıqlandırmaq üçün akkreditasiya tələbi rədd edilib
Ankara NATO zirvə görüşünə hazırlaşarkən, səkkiz türk jurnalistinə akkreditasiya verilməyib. AYNA.AZ xəbər verir ki, “Sərhədsiz Reportyorlar”ın Türkiyə şöbəsi qərarı və proseduru pisləyib. Çünki akreditasiya ilə bağlı heç bir izah və apelyasiya hüququ yoxdur.
7-8 iyul tarixlərində Ankarada keçiriləcək 36-cı NATO zirvə görüşündən bir neçə gün əvvəl Alyans Türkiyə media nümayəndələrinin bəzi akkreditasiya tələblərini rədd edib. NATO Strateji Kommunikasiya Ofisinin akkreditasiya şöbəsi müraciət edənlərə elektron poçt vasitəsilə rədd cavabı verib.
“Cumhuriyet”, “Sozcu”, “Anka”, T24 və “Medyascope” kimi Türkiyənin müstəqil media qurumları çərşənbə və cümə axşamı günləri NATO-nun zirvə görüşünü işıqlandırmaq üçün müxbirlərinin akkreditasiya tələblərini rədd etdiyini bildiriblər.
Hökumətyönlü "Yeni Şafak" qəzetinin jurnalisti Ersin Çelik də cümə axşamı “İnstagram” səhifəsində paylaşım edərək NATO-nun onun akkreditasiya tələbini rədd etdiyini açıqlayıb.
Türkiyə Jurnalistlər Assosiasiyasının açıqlamasında deyilir: "Çox sayda media qurumunun akkreditasiya tələblərinin rədd edilməsi mətbuat azadlığı baxımından narahatlıq doğurur".
Türkiyənin ən tanınmış jurnalistlərindən olan Sertaç Es və Batu Bozkürkün də Ankara akkreditasiyası rədd edilib. Rədd edilən jurnalistlər arasında veteran müxbir Deniz Zeyrek də var.
Zerek “X”də NATO-nun qərarını tənqid edərək yazıb: "Mən 32 ildir jurnalistəm və bu müddətin çox hissəsini diplomatik müxbir kimi çalışmışam. Vaşinqton və Brüssel də daxil olmaqla saysız-hesabsız NATO görüşlərini və zirvə görüşlərini işıqlandırmışam"
O əlavə edib: "Təəssüf ki, NATO akkreditasiya məhdudiyyətlərinə görə doğma şəhərim Ankarada NATO zirvə görüşünü işıqlandıra bilməyəcəyəm".
NATO sözçüsü Allison Hart qeyd edib ki, NATO görüş məkanına girişi təmin etmək üçün ev sahibi ölkələrdən olan jurnalistlərə akkreditasiya verməkdə onlara etibar edir.
O “X”də paylaşdığı paylaşımda qeyd edib ki, "Ankarada keçiriləcək NATO zirvəsi üçün akkreditasiya ilə bağlı Türkiyə hakimiyyəti ilə əlaqə saxlayırıq. Media qurumlarının böyük tədbirlərdə şəxsən iştirak edə bilməsi NATO üçün çox vacibdir".