Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır
Ötən gün xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.
AYNA.AZ xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan bildirilib.
Qeyd olunub ki, onun vəziyyəti ağır stabil olaraq qalır.