Venesuelada zəlzələdə ölənlərin sayı 1400-ü keçib

Dünya

28.06.2026 - 14:56

Ən azı 68 min 900 nəfər itkin düşmüş kimi qeydə alınıb

25 iyun gecəsi Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatıb. 3238 nəfər yaralanıb. AYNA.AZ-ın “The Guardian”a istinadən məlumatına görə, ən azı 68.900 nəfər itkin düşmüş kimi qeydə alınıb.

Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez şənbə axşamı 24 ölkənin axtarış əməliyyatlarında iştirak etmək üçün 2700-dən çox xilasedici göndərdiyini açıqlayıb.

CNN isə məlumat verib ki, fəlakətdən 72 saatdan çox vaxt keçib. Yəni dağıntılar altında sağ qalanların axtarışı üçün kritik hesab edilən bir dövr ötüb. Bu müddətdən sonra su olmadan sağ qalma şansı kəskin şəkildə azalır.

Bundan əvvəl Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Amerika üzrə direktoru Lois Pace CNN-ə verdiyi açıqlamada tez-tez baş verən afterşokların xilasetmə işlərini çətinləşdirdiyini bildirib.

Venesuela rəsmisinin sözlərinə görə, iki böyük zəlzələdən sonra ən azı 430 afterşok baş verib.

BMT zəlzələnin vurduğu ziyanı 6,7 milyard dollar olaraq qiymətləndirib ki, bu da Venesuela ÜDM-nin 6%-nə bərabərdir.

Qeyd edək ki, təkanlar təxminən bir dəqiqəlik fasilə ilə baş verib. 7,5 bal gücündə olan ikinci təkan birincisindən daha güclü olub və son 100 ildən çox müddətdə ən dağıdıcı hesab edilir. Ən çox ziyanı sıx məskunlaşmış sahil əyaləti Varqas, xüsusən də La Quayra şəhəri çəkib. Paytaxt Karakasa da ziyan dəyib. Ən azı on minlərlə insan evsiz qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş