“Ən çətin şəraitdə də döyüş meydanını tərk etməmişik və tərk etməyəcəyik"
““Hizbullah”ın Livanda İsrailə qarşı hərbi fəaliyyəti davam edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri hərəkatın lideri Naim Qasım “Hizbullah”ın “Telegram” kanalında dərc olunmuş açıqlamasında qeyd edib.
"İşğalın aradan qaldırılması üçün döyüş meydanında müqavimətimizi davam etdirəcəyik. Ən çətin şəraitdə də döyüş meydanını tərk etməmişik və tərk etməyəcəyik", - deyə o bildirib.
Qasımın sözlərinə görə, İsrail və Livan arasında bir gün əvvəl Vaşinqtonda imzalanan çərçivə sazişi "alçaldıcı, rüsvayçı və suverenlikdən imtina"dır.
"Bu müqavilə etibarsızdır və İran-Amerika anlaşma memorandumunun müddəaları tətbiq olunmalıdır. İsrail düşməninin memorandumun birinci bəndini yerinə yetirməsini və qoşunlarını Livandan çıxarmasını təmin etmək üçün beynəlxalq və ərəb təzyiqi də daxil olmaqla bütün zəruri vasitələrdən istifadə edəcəyik", - deyə o vurğulayıb.