Fransanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Dünya

01.11.2019 - 01:26

Şarl Fris nazirliyə çağırılıb 

 

Fransanın Türkiyədəki səfiri Şarl Fris bu gün Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, fransız səfirin Türkiyə XİN-ə çağırılmasının səbəbi Fransa parlamentinin “Barış bulağı” əməliyyatı ilə bağlı qəbul etdiyi qərarla əlaqədar olub.

 

Türkiyə XİN bu gün yaydığı bəyanatda sözügüdən qərarı qətiyyətlə rədd edib və bu bəyanatla əlaqədar Fransanın Türkiyədəki səfirliyi də məlumatlandırılıb.

 

Müəllif: Ayna.az