Cənubi Koreyadan Şimali Koreya ilə bağlı yeni iddia

Dünya

02.08.2019 - 11:53

Şimali Koreya yeni nəsil raketləri sınaqdan keçirir

 

Cənubi Koreya ordusu Şimali Koreyanın 8 gün ərzində üçüncü dəfə qısa məsafəli raketləri sınaqdan keçirdiyini bildirib.  "Yonhap" agentliyinin yazdığına görə, Cənubi Koreya Baş Qərargah rəhbərliyindən (JCS) bildiriblər ki, Şimali Koreyanın yerli vaxtla 02.59 və 03.23-də Cənubi Hamgyongun Yonghung bölgəsində, Yapon dənizinə doğru qısa mənzilli raketlər atdığı qeyd olunub. 


AYNA xəbər verir ki, açıqlamada, təxminən, 25 kilometr hündürlüyə atılan raketlərin 220 kilometrə yaxın məsafə qət etdiyi qeyd olunub.

 

Cənubi Koreyanın dövlət rəhbərliyindən bildiriblər ki, Şimali Koreyanın sınaqdan keçirdiyi raketlərin "yeni növ qısa məsafəli balistik raket" ola bilər. Ancaq raketlərin növünün müəyyən edilməsi üçün daha çox təhlilə ehtiyac duyulur.


Şimali Koreya 25 iyulda Yapon dənizinə yeni taktiki silah olduğu bildirilən iki qısa məsafəli raket atmışdı. Cənubi Koreya Şimali Koreyanın 31 iyulda da ölkənin şərq sahilində iki qısa məsafəli raket ataraq, bir həftədə ikinci dəfə silah sınağı keçirdiyini bildirmişdi. Vonsan şəhərindən atılan raketlərin 250 kilometr məsafəli olduğu və 30 kilometr yüksəkliyə qaldığı qeyd olunmuşdu.


Şimali Koreyanın son raket sınaqlarının ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Kim Çen In arasındakı danışıqlar prosesinin yenidən açılması cəhdinə kölgə salacağı vurğulanır.

Müəllif: Ayna.az