"O dəhşətli bir insandır, yalnız xaos və müharibə səpmək istəyən və getdiyi hər yerə məsuliyyətsiz ölüm və dağıntı yayan bir dəlidir"
ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton üçün sərt cəzaya ümid edir. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə “TruthSocial” sosial media platformasında qeyd edib.
"O dəhşətli bir insandır, yalnız xaos və müharibə səpmək istəyən və getdiyi hər yerə məsuliyyətsiz ölüm və dağıntı yayan bir dəlidir. Ümid edirəm ki, sərt rəftar görəcək!" - deyə Prezident yazıb.
Qeyd edək ki, dünən Bolton məxfi məlumatların qanunsuz saxlanmasında günahını etiraf edib. Hakim Teodor Çuanq məsələ ilə bağlı son qərarı verəcək. Hökm 28 oktyabrda Qrinbeltdə keçiriləcək dinləmədə elan ediləcək.