Rubio Hindistana səfər edəcək

Dünya

27.06.2026 - 17:36

Trampın səfərinə hazırlıq görüləcək

ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Trampın ölkəyə səfərinə hazırlıq məqsədilə ilin sonunda Hindistana səfər edəcəyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, o IANS-a verdiyi müsahibədə "ilin sonuna qədər Hindistana getməyi və gələn ilin əvvəlində Prezidentin səfərinə hazırlaşmağı səbirsizliklə gözləyirəm" deyib.

ABŞ dövlət katibinin sözlərinə görə, Tramp administrasiyası hazırda Prezidentin Hindistana səfəri üzərində işləyir və Hindistan-ABŞ münasibətlərində artan tempi vurğulayır.

O həmçinin iki ölkənin ikitərəfli ticarət razılaşmasına yaxınlaşdığını qeyd edib: "Biz ticarət razılaşmasını yekunlaşdırmağa ümid edirik. Biz son mərhələdəyik və bu, çox müsbətdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş