Hərbi mənbə Taheraui körpüsünə mərmi düşdüyünü bildirib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında, Sirik sahil şəhərində partlayışlar eşidilib. AYNA.AZ xəbər verir ki, bu barədə Sirikdəki IRIB müxbiri məlumat yayıb.
Bildirilib ki, partlayış səsi Taheraui körpüsü yaxınlığında eşidilib.
Hərbi mənbə Taheraui körpüsünə mərmi düşdüyünü bildirib.
Həmçinin, bir neçə saat əvvəl Sirik rayonundan Hörmüz boğazını pozduğu iddia edilən gəmilərə xəbərdarlıq atəşi açıldığı bildirilib.
Eyni zamanda, mənbə əvvəllər Karpan rayonundan Hörmüz boğazına doğru iki xəbərdarlıq raketinin atıldığı qeyd edib.