Moskvada daha 13 nəfər koronavirusdan ölüb

Dünya

29.07.2020 - 01:54

Ölkədə 197 794 aktiv koronavirus xəstəsi var

 

Moskvada sutka ərzində daha 13 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 434 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 823 515, ölənlərin sayı isə 13 504 nəfərdir. Ölkədə 197 794 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş