Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Moskvada sutka ərzində daha 17 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 331 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 777 486, ölənlərin sayı isə 12 427 nəfərdir.